Rusiyanın qərbində yerləşən Vladimir vilayətində yaşayış binasında uçqun baş verib. SİA-nın "İTAR-TASS" agentliyinə istinadən verdiyi məlumata əsasən, Strunino şəhərində yerləşən dördmərtəbəli yaşayış binasının 1-ci və 2-ci girişləri arasındakı arakəsmə divar uçub. Nəticədə 2 nəfərin xəsarət aldığı, 1 azyaşlı uşağın isə dağıntılar altında qaldığı bildirilir. Həmçinin ümumilikdə 8 mənzilə ziyan dəydiyi qeyd olunur. Təhlükəsizlik tədbirləri çərçivəsində binanın sakinləri təxliyyə olunub.
Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Hadisə yerinə 178 xilasedici, 51 ədəd texnika və 4 həkim briqadası cəlb edilib. İlkin məlumata görə, hadisəyə divarın qəzalı vəziyyətdə olması səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB