Bakının Suraxanı və Yasamal rayonlarında bıçaqlanma hadisələri baş verib

Bakının Suraxanı və Yasamal rayonlarında bıçaqlanma hadisələri baş verib

Bakının Suraxanı və Yasamal rayonlarında bıçaqlanma hadisələri baş verib.

SİA xəbər verir ki, Qaraçuxur qəsəbəsində 42 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.

1978-ci il təvəllüdlü Cəlilov Elman Əmir oğlu tanımadığı şəxsin hücumuna məruz qalıb. O, döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Analoji hadisə Yasamal rayonunda da baş verib. 1978-ci il təvəllüdlü Təvəkkülov Şahin Xoşbəxt oğlu dava zamanı tanışı tərəfindən bıçaqlanıb. Yaralı qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə