Cəlilabad rayonunda ümumi sahəsi 84 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 36 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Hətəmova Nübar Ələkbər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB