Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhəri ərazisində “Mercedes” markalı yük avtomobili yol kənarında dayanmış "Mercedes" markalı yük avtomobilinə çırpılıb.
Nazirlikdən SİA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Cabbarova Firuzə İsmayıl qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB