Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Yevlax şəhəri ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Gürcüstan qeydiyyat nişanlı "Mersedes" markalı qoşqulu yük maşını digər yük maşını ilə toqquşub. Qəza nəticəsində ikincidə olan bir nəfər dünyasını dəyişib. Həmin avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişinin çıxarılması üçün əraziyə FHN-in xilasetmə qrupu cəlb olunub. Onların köməkliyi ilə həmin qadın sərnişinin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Ölənin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə