Xaçmaz rayonunun Çiləgir kəndində yanğınla nəticələnən partlayış baş verib
Xaçmaz rayonunun Çiləgir kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, partlayış dalğasının təsirindən tikilinin pəncərəsi çərçivədən çıxıb. Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Hadisə zamanı xəsarət almış 1 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB