Avtomobillə vurulan piyada xəstəxanada öldü

Avtomobillə vurulan piyada xəstəxanada öldü

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, dekabrın 10-da saat 19 radələrində paytaxtın Xəzər rayonunun Qala qəsəbəsi ərazisində şəhər sakini S.Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Hüsən Hüsənzadəni vurub. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə