Qəsdən yanğın törətməkdə şübhəli bilinərək saxlanılmış Bəhrəmtəpə qəsəbə sakini atasına məxsus evə baxış zamanı narkotik vasitələr də aşkar edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ofislərdən birini qəsdən yandırmaqda şübhəli bilinən Bəhrəmtəpə qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.İsayev saxlanılıb.
Polis əməkdaşları tərəfindən onun Çaxırlı kəndindəki atasına məxsus evə baxış zamanı oradan 1 kiloqramdan artıq marixuana, çətənə toxumu, 2 tərəzi və kultivasiya yolu ilə yetişdirilmiş 70 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB