Binəqədidə üçmərtəbəli evdə yanğın olub

Binəqədidə üçmərtəbəli evdə yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 228 m² olan üçmərtəbəli evin birinci mərtəbəsində 3 ədəd məişət avadanlığı və mətbəx mebeli 3 p.m yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 1 m² sahədə qarsalanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə