Cəlilabadda yanğın

Cəlilabad rayonunun Kazımabad kəndində ümumi sahəsi 252 m² olan ikimərtəbəli evin tavanı 10 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə