Oğurluq etdiyinə görə tutuldu

Neftçala rayonu ərazisində 5400 manat dəyərində elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən A.Nuriyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 8-nə keçən gecə Qarabörk kəndi ərazisində 5400 manat dəyərində dirəklərarası 200 metr elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən Alpout kənd sakini A.Nuriyev saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə