Piyada faciəvi şəkildə öldü

Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, dekabrın 8-də saat 17 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində B.Bilalov idarə etdiyi “UAZ-39623” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Ağacavad Xəlilovu vurmuş, sonradan idarəetməni itirdiyindən avtomobili aşırıb. Nəticədə piyada aldığı xəsarətlətdən hadisə yerində ölmüş, B.Bilalovun sərnişini T.İsayev isə xəstəxanaya yerləşdirilib.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə