Avtomobil qaçıran şəxs tutuldu

Şəmkir şəhəri ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini A.Həsənov avtomobillə birgə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Şəmkir RPŞ-yə dekabrın 8-də saat 23 radələrində şəhər ərazisindən E.Əsgərova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini A.Həsənov avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə