Goranboyda ana və qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər

Goranboyda ana və qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər

Goranboyda ana və qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

SİA-nın bölgə müxbirinin məlumatına görə, hadisə axşam saatlarında Səfikürd kəndində baş verib.

Hər iki zərərçəkən şəxs yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə