Arı sancması 2 uşağın ölümünə, birinin isə ağır yaralanmasına səbəb olub
Türkiyənin Diyarbəkir şəhərinin Çermik mahalında arıların sancması nəticəsində 5 yaşlı Nehir və 4 yaşlı Abdulvahap Çiçək qardaşları ölüb, 6 yaşlı İbrahim Soğukçeşme isə ağır yaralanıb. SİA-nın xəbərinə görə, dünən axşam saatlarında Çermikin İkiçeltik kəndində oyun oynamağa gedən Çay Çiçək və qardaşı Abdulvahap Çiçək, həmçinin qonşunun uşağı İbrahim Soğukçeşmedən uzun müddət xəbər alınmayıb. Kəndlilər axtarış zamanı uşaqları kənddən aralıdakı bir sahədə hər tərəfi şiş və huşsuz halda tapıblar.
Diyarbəkir Dəclə Universiteti Tibb Fakültəsi Xəstəxanasına yerləşdirilən uşaqlardan Çay Çiçək ilə qardaşı Abdulvahap Çiçəkə edilən bütün müdaxilələrə baxmayaraq həyatlarını xilas etmək mümkün olmayıb. Müalicə olunan İbrahim Soğukçeşmenin isə həyatı təhlükəsinin davam etdiyi bildirilib. Uşaqların kənddə olan pətəklərdən çıxan arıların sancması nəticəsində zəhərləndikləri ifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB