Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Ləj kənd sakini M.Baxşıyevdən 235 qrama yaxın heroin və 3 qramdan artıq metamfetamin götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ləj kənd sakini M.Baxşıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona vermiş həmkəndlisi T.Xanmədov da müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan 235 qrama yaxın heroin və 3 qramdan artıq metamfetamin götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...