Oğurluğa cəhd edənlər arzularına çata bilmədilər

Oğurluğa cəhd edənlər arzularına çata bilmədilər

Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları mayın 17-si saat 12:30 radələrində Binəqədi qəsəbəsi Ramazanov küçəsində yaşayan Vüqar Səfərovun evindən oğurluğa cəhd edən qəsəbə sakinləri Orxan Məmmədovu, Murad Rəsulovu, Məhərrəm Əliyevi, Faiq Hacıyevi və Rəsulzadə qəsəbə sakini Elçin İsmayılovu yaxalayıblar.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 35-ci PB-nin əməkdaşları isə mayın 17-si saat 03:35 radələrində Mahmud Sadıqova məxsus Gəncə prospekti 25-də yerləşən mağazadan oğurluğa cəhd edən Bakı şəhər sakinləri Tural Qasımovu və Aleksandr Kovçini yaxalayıblar.



Bütün xəbərlər Facebook səhifəmizdə