Avtomobillə vurulan piyada xəstəxanada öldü

Tovuz rayonunun Aşağı Öysüzlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 30-da saat 19 radələrində Tovuz rayonunun Aşağı Öysüzlü kəndi ərazisində kənd sakini Ə.Hüseynov idarə etdiyi “KrAZ” markalı avtomobillə yolu keçən həmkəndlisi Mehman Məmmədovu vurub. Piyada aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə