Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Alıyarov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə noyabrın 28-də saat 22 radələrində rayon ərazisində bir nəfərin X.Həsənovanın içərisində 150 manatı olan pulqabısını açıq talama yolu ilə alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Alıyarov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə