Sabirabad rayonunda piyada maşınla vurularaq dünyasını dəyişib. Sabirabad polis şöbəsinın növbətçi hissəsindən SİA-nın Aran bürosuna verilən məlumata əsasən Heydər Əliyev prospektində sürücü 1977-ci il təvəllüdlü, Vidadi küçəsi ev 128-də yaşayan Kərimov Seyran Həmidağa oğlunun idarə etdiyi VAZ 2106 markalı 10 EX 938 dövlət qeydiyyat nişanlı avtomaşınla piyada Ulacalı kənd sakini 1960-cı il təvəllüdlü Şükürova Zəkiyyə İsmət qızını vurub. Nəticədə piyada kəllə beyin zədəsi alaraq sağ 5, 6, 7-ci qabırğanın sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.
İqbal Mikayılov, Aran bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB