Bakıda kommersiya obyektində yanğın olub

Bakıda kommersiya obyektində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib. İlkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə