Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 25-də saat 16 radələrində Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində Bığır kənd sakini E.Məmmədov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən kənd sakini Sənəm Nəbiyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə