Şəmkirdə ağır qəza: ölən və yaralı var

Şəmkir şəhəri R.Rəhimov küçəsində “Mercedes” və “QAZ-3129” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 25-də saat 15 radələrində Şəmkir şəhəri R.Rəhimov küçəsində rayon sakinləri M.İbrahimovun idarə etdiyi “Mercedes” və Mais Hüseynovun idarə etdiyi “QAZ-3129” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və M.Hüseynovun sərnişini xəstəxanaya yerləşdirilmiş, M.Hüseynov orada ölüb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə