Avtomobillə vurulan piyadalar xəstəxanada öldü

Şamaxı rayonu ərazisində “VAZ-21074” markalı avtomobillə rayon sakini Z.Mustafayeva və Ağsu rayon sakini T.Tarıverdiyeva vurulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 24-də saat 9 radələrində Şamaxı rayonu ərazisində Göylər kənd sakini İ.Yahyayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Zümrüd Mustafayevanı və Ağsu rayon sakini Tamella Tarıverdiyevanı vurub. Hər iki piyada aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə