Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Quldurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri E.İsmayılov, B.Əliyev və Ə.Hüseynov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Kəpəz RPİ-yə noyabrın 17-də Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisində 3 nəfərin qəsəbə sakini S.Sarıyevə bıçaqla xəsarət yetirərək mobil telefonunu alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri E.İsmayılov, əvvəllər məhkum olunmuşlar B.Əliyev və Ə.Hüseynov saxlanılıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə