Ceyranbatan qəsəbəsində baş vermiş yol qəzası zamanı 41 yaşlı qadın həlak olub

Ceyranbatan qəsəbəsində baş vermiş yol qəzası zamanı 41 yaşlı qadın həlak olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən SİA-ya verilən məlumata görə, hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1979-cu il təvəllüdlü İbrahimova Ruhiyyə Tacir qızının meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə