Missipi çayının səviyyəsinin qalxması təhlükə yaradıb

Missipi çayının səviyyəsinin qalxması təhlükə yaradıb

ABŞ-ın Nyu-Orlean şəhəri yenidən sel təhlükəsi ilə üzləşib. SİA-nın xəbərinə görə, ABŞ-ın ən böyük çayı olan Missisipinin daşması nəticəsində Nyu-Orlean yenidən sel təhlükəsi ilə qarşılaşıb. Missisipi xüsusilə cənub ştatlar üçün böyük təhlükə yaradıb.

Bir çox yaşayış məskənində minlərlə ev su altındadır. Suyun artması ilə birlikdə timsah və ilan kimi heyvanlar da təhlükəyə səbəb olub.

Artıq Nyu Orlean və Baton Ruqda təhlükənin qarşısını almaq üçün daşqının qabağını alan sistemlər işə salınıb. Risk altındakı bölgələrdən uzaqlaşması istənən xalq ala bildikləri əşyalarla evlərini tərk edir.

Bütün xəbərlər Facebook səhifəmizdə