Traktorla avtomobil toqquşdu: ölən var

Traktorla avtomobil toqquşdu: ölən var

Ucar rayonu Qazqumlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 19-da saat 20 radələrində Ucar rayonu Qazqumlaq kəndi ərazisində Məlikballı kənd sakini Q.Həsənovun idarə etdiyi “MTZ” markalı traktorla Bakı şəhər sakini F.Əzimovun idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub. Nəticədə F.Əzimovun sərnişini İradə adlı şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə