Ucarda minik avtomobilinin traktorla toqquşması nəticəsində bir sərnişin həyatını itirib

Ucarda minik avtomobilinin traktorla toqquşması nəticəsində bir sərnişin həyatını itirib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ucar rayonunun Qazıqumlaq kəndində ”Belarus” markalı traktor və "Hyundai" markalı minik avtomobili toqquşub.

Nazirlikdən SİA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1964-cü il təvəllüdlü Əliyeva İradə Zili qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə