Keçmiş məhkum dələduzluq üstündə tutuldu

Keçmiş məhkum dələduzluq üstündə tutuldu

Dələduzluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini A.Məhərrəmov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-dən 15-dək olan müddətdə M.Abdullayevin və R.Bənnayevin velosipedlərini oğurlamaqda, habelə S.Sadıqova qarşı dələduzluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məhərrəmov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə