Keçmiş məhkum narkotik üstündə tutuldu

Keçmiş məhkum narkotik üstündə tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Saatlı şəhər sakini E.Cavadovdan 435 qram marixuana götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Saatlı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Cavadov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 435 qram marixuana götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə