Çində kömür mədənində qəza baş verib

Çində kömür mədənində qəza baş verib

Çinin cənub-şərqində yerləşən Hunan vilayətində mədəndə qəza baş verib. SİA-nın \"İnterfaks\"a istinadən verdiyi xəbərə görə, kömür mədənində baş vermiş qəza nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə itkin düşmüş hesab olunur.

Ərazidə axtarış-xilasetmə işləri görülür, araşdırma aparılır. Hadisənin təfərrüatları barədə məlumat verilmir.


Bütün xəbərlər Facebook səhifəmizdə