Ağır yol qəzası 13 nəfərin həyatına son qoyub

Ağır yol qəzası 13 nəfərin həyatına son qoyub

Venesuelanın şimal-qərbində yerləşən Koxedes ştatında çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. SİA-nın \"İnterfaks\"a istinadən verdiyi xəbərə görə, yüksək sürətlə hərəkət edən sərnişin avtobusu Çirquita yaşayış məntəqəsi yaxınlığında sürücünün idarəetməsindən çıxaraq 3 yük və 1 minik avtomobili ilə toqquşub.

Nəticədə azı 13 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Hadisə yerində müvafiq işlər görülüb, yaralılar xəstəxanalara yerləşdirilib. İlkin ehtimala görə, hadisəyə yağışlı hava şəraiti səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə