Yasamalda çoxmərtəbəli yaşayış binası yanıb

Yasamalda çoxmərtəbəli yaşayış binası yanıb

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 88 kv.m olan mənzildə çarpayı və yataq dəsti yanıb.

Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə