Moskvada \"hannibal\" insan qaraciyəri yeyərkən tutulub

Moskvada \"hannibal\" insan qaraciyəri yeyərkən tutulub

Rusiyanın paytaxtı Moskvada adamyeyən tutulub. SİA-nın "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, hüquq mühafizə orqanlarının əməkdaşları öz tanışını qətlə yetirən, sonra onun bədəninin yarısını atan, bir hissəsini isə yemək üçün evdə saxlayan adamyeyəni bu gecə saxlayıblar. Adamyeyənin adı açıqlanmasa da onun əsəb və narkotika dispanserində qeydiyyatda olduğu bildirilib.

\"İnterfaks\"ın yazdığına görə, onun soyuducusundan insan qaraciyəri tapılıb. Polislər onu həbs etməyə gələndə isə qaraciyərdən hazırlanmış yemək yeyib.

Onu paytaxtda ölən kişinin cəsədinin üzərindəki barmaq izinin köməkliyi ilə tapmaq mümkün olub. İlkin ehtimala görə, saxlanılan şəxs öldürdüyü insanın bədənini bel ilə parçalayıb. Daha sonra hissələri evdən çıxararaq gizlədib.

Bütün xəbərlər Facebook səhifəmizdə