Beyləqan rayonunun Xaçınabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 17-də saat 15 radələrində Beyləqan rayonunun Xaçınabad kəndi ərazisində Ağdam rayon sakini Fehruz Abdullayev idarə etdiyi traktoru ağaca vurmuş və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB