Göyçay rayonunun 1-ci Ərəb kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 18-də saat 2 radələrində Göyçay rayonunun 1-ci Ərəb kəndi ərazisində rayon sakini Çingiz Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişinləri İsmayıl Mustafayev hadisə yerində, İqrar Zeynalov isə xəstəxanada ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB