Abşeron rayonu ərazisindəki 4 evdən oğurluq etməkdə şübhəli bilinən Saray qəsəbə sakini R.Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 25-dən iyulun 17-dək olan müddətdə rayon ərazisindəki 4 evdən qapı çərçivəsi, elektrik avadanlıqları, təmir-tikinti alətləri və hamam aksessuarları oğurlamaqda şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB