Xəzər rayonunun Qala qəsəbəsi ərazisində "Hyundai" markalı avtomobil aşıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 16-da saat 14 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Heydərov idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Nəticədə sərnişinlərindən Abşeron rayon sakini Ramil Sarıyev hadisə yerində ölmüş, digər sərnişin isə xəstəxanaya yerləşdirilib. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB