Bakıda mebel sexində yanğın

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli mebel sexinin 1-ci mərtəbəsində mebel materialları 50 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə