Binəqədi qəsəbəsində oğurluq və soyğunçuluqla məşğul olan şəxs yaxalanıb

Binəqədi qəsəbəsində oğurluq və soyğunçuluqla məşğul olan şəxs yaxalanıb

Binəqədi RPİ 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda və soyğunçuluqda şübhəli bilinən Binəqədi qəsəbə sakini Tofiq Paşayev mayın 16-da yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məlum olub ki, T.Paşayev 2010-cu il fevralın 7-də Binəqədi qəsəbəsi Mərkəz küçəsində Nərgiz Səfərovanın içərisində 1400 manat və mobil telefon olan əl çantasını əlindən alaraq qaçmış, noyabrın 15-dən dekabrın 17-dək olan müddətdə Binəqədi qəsəbə sakini Nicat Rüstəmovun evindən damdan keçmə yolu ilə qızıl-zinət əşyaları, 2011-ci il martın 7-də Binəqədi qəsəbəsində yaşayan Zərövşən Ömərovanın mənzilindən pəncərədən keçməklə pul və qızıl-zinət əşyaları, mayın 4-nə keçən gecə isə Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakinləri Elşad Axundova və qardaşı Ruslana məxsus "VAZ-2107" markalı avtomobillərin hər birindən 4 ədəd təkər oğurlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə