Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb

Xətai rayonunun A.Nobel prospektində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 15-də saat 20 radələrində Xətai rayonunun A.Nobel prospektində Bakı şəhər sakini S.Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini Altun Zeynallını vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə