Bakıda mənzildə 52 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildə 52 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildə 52 yaşlı qadının meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1968-ci il təvəllüdlü Yunusova Vlada İslamovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə