Bakının Xəzər rayonunda 25 yaşlı gənc bıçaqlanıb

Bakının Xəzər rayonunda 25 yaşlı gənc bıçaqlanıb

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Atçılıq yaşayış massivində 1995-ci il təvəllüdlü Əhmədov Babək Bəhrəm oğlu tanıdığı şəxslə mübahisə edib. Mübahisə zamanı B.Əhmədov qarnından bıçaqlanıb.

Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə