Gəncədə qanunsuz yerlərdə dini mərasim keçirən qruplaşma aşkarlanıb

Gəncədə qanunsuz yerlərdə dini mərasim keçirən qruplaşma aşkarlanıb

Milli Təhlükəsizlik Nazirliyinin, Gəncə şəhər Polis İdarəsinin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Qərb Regional Bölməsinin əməkdaşları tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan yerdə dini mərasim keçirən dəstə saxlanılıb.

Keçirilən əməliyyatla İbrahimov İlham Lətif oğluna məxsus, Cavad xan küçəsi 8, döngə 31-də yerləşən evdə içərilərində Şəmkir və Samux rayonlarından olan 46 nəfər saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılanlar Sünni təriqətinə məxsus şəxslərdir.

Həmin vətəndaşlara dini mərasimləri, həmçinin digər tədbirlərin şəxsi evlərdə aparılmasının qanunla qadağan edildiyi, bu kimi tədbirlərin ancaq məsciddə həyata keçirilməli olduğu izah olunub.

Gəncə şəhər Polis İdarəsinin rəis müavini İlqar Balakişiyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, əməliyyat zamanı evdə qadağan olunmuş dini ədəbiyyatlar və digər vasitələr aşkar edilməyib. Saxlanılan şəxslər cərimə olunduqdan sonra sərbəst buraxılıb.
İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə