Dağıstanın Buynak rayonunda naməlum şəxslər rayon polis şöbəsini qumbaraatanla atəşə tutub. SİA-nın "Lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, hadisə gecə saatlarında baş verib. Bir neçə qumbara binaya düşsə də hücum nəticəsində polislər arasında itki olmayıb. Binaya ciddi ziyan dəyib. Hazırda hücum edənlərin axtarışı aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB