Hacıqabul və Sabirabadda yanğın olub

Hacıqabul və Sabirabadda yanğın olub

Hacıqabul və Sabirabad rayonlarında yanğın olub. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Hacıqabul rayonunun Atbulaq kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Bundan başqa, Sabirabad rayonunun Qaragüney kəndində ümumi sahəsi 250 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 110 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi, bitişik talvar və köməkçi tikili yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə