Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Ş.Əliyeva saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Türkan qəsəbəsindəki evlərin birindən 12285 manat pul oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Ş.Əliyeva saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB