Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakinləri A.Əliyev və R.Adilov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Şəki ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri A.Əliyev və R.Adilov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə A.Əliyevə və R.Adilova narkotik vasitəni satmaqda şübhəli bilinən Şəki şəhər sakini V.Mahmudov da müəyyən edilərək saxlanılmış və şəxsi axtarış zamanı ondan da marixuana götürülüb.
Polis əməkdaşları tərəfindən V.Mahmudova narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Q.Şirinov da saxlanılmışdır. Yaşadığı evə baxış zamanı oradan marixuana və elektron tərəzi aşkarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB