Evdən pul və qızıl-zinət əşyaları oğurlandı

Evdən pul və qızıl-zinət əşyaları oğurlandı

Gəncə şəhərindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini C.Kazımov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də Gəncə şəhərindəki evlərin birindən 500 manat pul və 5900 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş C.Kazımov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə